AZ

Nasist salamı verən siyasətçi ikinci dəfə cərimələndi

Almaniyada Almaniya üçün Alternativ (AfD) Partiyasının fəalı Byörn Höckenin qəsdən nasist salamı verdiyi üçün ikinci dəfə cərimələnib.

Teleqraf.com xəbər verir ki, bu barədə Halle Əyalət Məhkəməsi qərar qəbul edib.

Məhkəmə Höckenin "konstitusiyaya zidd və terror təşkilatlarına aid şüarlardan istifadə"də günahkar bilib. Höcke 16 min 900 min avro cərimə olunub.

Alman siyasətçinin vəkilləri müdafiə etdikləri şəxsin günahsız olduğunu əsas gətirərək, bəraət hökmünün çıxarılmasını istəyiblər.

Siyasətçi bu ilin may ayında eyni salamı verdiyi üçün 13 min avro cərimə olunub.

Höckenin qadağan olduğunu bildiyi halda, Hitlerin Milli Sosialist Alman İşçi Partiyasına (NSDAP) bağlı paramiliter təşkilat olan Sturmabteilung'un (SA) "Hər şey Almaniya üçün" şüarından istifadə edib.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
teleqraf.com

1Mənbələr