AZ

Yunanıstan millisinin hücumçusu “Benfika”da

“AZ Alkmaar”ın və Yunanıstan millisinin hücumçusu Vangelis Pavlidis rəsmən Lissabonun “Benfika” komandasının heyətinə qatılıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı Portuqaliya klubunun mətbuat xidməti paylaşıb. 25 yaşlı futbolçunun transfer məbləği 18 milyon avro olub. Qeyd edək ki, Pavlidis ötən mövsüm 46 matçda 33 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. “Benfika” isə ötən mövsümü “Sportinq”ə uduzaraq, Portuqaliya çempionatının turnir cədvəlini ikinci yerdə başa vurub.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
matc.az

1Mənbələr