AZ

Paris-2024: Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək cüdo üzrə Azərbaycan millisinin heyəti bəlli olub. Matc.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının qərarına əsasən, olimpiadada ölkəmizi təmsil edəcək milli komandanın heyəti müəyyənləşib. İyulun 26-da başlayacaq XXXIII Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək cüdoçuların siyahısını təqdim edirik: Qadınlar 48 kq Leyla Əliyeva 52 kq Gültac Məmmədəliyeva Kişilər 60 kq Balabəy Ağayev 66 kq Yaşar Nəcəfov 73 kq Hidayət Heydərov 81 kq Zelim Tçkayev 90 kq Elcan Hacıyev 100 kq Zelim Kotsoyev +100 kq Uşanqi Kokauri    

Seçilən
84
9
matc.az

10Mənbələr