AZ

Avropanın nüfuzlu xəbər agentliyi Azərbaycan Demokratik Respublikası haqqında məqalə yayınlayıb - FOTO

Niderlandda yaşayan həmyerlimiz, jurnalist, Avropa Xəbər Agentliyinin (European News Agency) əməkdaşı Vüqar Abbasovun adı çəkilən saytda növbəti yazısı yayımlanıb.

Yazı Azərbaycan Demokratik Respublikasından (ADR) bəhs olunur. Yazıda XX əsrin əvvəlində Rusiyada yaranmış vəziyyətin nəticəsində Qafqazda üç respublikanın yaradıldığını vurğulayan soydaşımız, ADR yaradıldıqda ərazisinin 113,9 min kv. olduğunu qeyd edib.  Həmən ərəfədə erməni-rus bolşevik qüvvələrinin Bakını və ölkənin diğər  ərazilərini işğal etdiyini, Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını və digər əraziləri işğaldan azad etdiyindən söhbət açan soydaşımız ADR – in fəaliyyət göstərdiyi qısa müddətdə gördüyü işlərdən söhbət açıb. 

Soydaşımız məqaləsini bu cümlələrlə bitirib:

“… 28 aprel 1920 – ci ildə Sovet Rusiyası Azərbaycanı yenidən işğal etdi. Azərbaycan 71  il bu işğaldan azad oluna bilmədi. Yalnız 1991 – ci il 18 oktyabrda Azərbaycan öz müstəqilliyini elan edə bildi. Bu isə əlbətdə ki, asan olmadı. Bu gün Azərbaycanda hər kəs yenidən qazanılmış bu müstəqillikdə 1918-1920 – ci illərdə mövcud olmuş respublikanın önəmli rolu olduğunun fərqindədir. Necə deyərlər, kül altında gizlənmiş gözdən ocaq yenidən alovlandı. ADR – in qurucularından olmuş Məmməd Əmin Rəsulzadə - “Bir kərə yüksələn bayraq, bir daha enməz” – deyirdi və uzun illərdən sonra ADR dövründə dövlət bayrağı olmuş üç rəngli bayraq illər sonra yenə də göylərə ucaldı və bugünkü müstəqil Azərbaycanın bayrağıdır”.

Elnur ELTÜRK

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
hurriyyet.az

1Mənbələr