AZ

UEFA Bellinqemlə bağlı araşdırma aparacaq

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) müfəttişi İngiltərə yığmasının yarımmüdafiəçisi Cud Bellinqemin davranışı ilə bağlı intizam araşdırması aparmağı planlaşdırır. Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Belə ki, iyunun 30-da Avropa çempionatının 1/8 finalında İngiltərə yığması Slovakiya yığmasını əlavə vaxtda 2:1 hesabı ilə məğlub edib. Bellinqem oyunu əlavə vaxta aparan qola imza atdıqdan sonra nalayiq jest göstərib. Qeyd edək ki, AVRO-2024-ün 1/4 finalında ingilislər iyulun 6-da İsveçrə ilə qarşılaşacaq.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
matc.az

1Mənbələr