AZ

Qırğızıstanda seldə ölənlər var

 

  Qırğızıstanın cənubunda həftə sonu yağan şiddətli yağışlar üzündən baş verən seldə 12 nəfər həyatını itirib.

  Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, ölkənin cənub bölgələri olan Oş və Batkendə güclü yağış səbəbindən daşqınlar baş verib.

  Oş vilayətinin Nookat rayonunun Abşır-Ata kəndində baş verən sel üzündən 9, Kara-Kulca rayonunun Cetim-Döbö kəndində 3 nəfər həlak olub.

  Yüzlərlə axtarış-xilasetmə işçisi onlarla evin su altında qaldığı, körpülərin uçduğu ərazilərdə işlərini davam etdirir. Mülki insanlar da xilasetmə qruplarına dəstək verir.

  Nookat rayonunun Abşır-Ata kəndindəki istirahət kompleksində daşqın üzündən qapalı qalan yüzlərlə insan axtarış-xilasetmə qrupları tərəfindən helikopter və digər maşınlarla təhlükəsiz ərazilərə təxliyə edilib.

  Oş-Batken bölgələrini birləşdirən körpü də sel üzündən uçub.

  Bu arada, Qazaxıstan daşqınlarla əlaqədar Qırğızıstana humanitar yardım göndərib.

  Nookat rayonunda daşqından zərər çəkənlərə gündəlik həyatda istifadə olunan materiallar və ərzaq məhsullarından ibarət yardımlar paylanacaq.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
trt.net.tr

1Mənbələr