AZ

DİN Şuşada xidmətə qəbulla bağlı müsabiqə elan edib

Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Şuşa “ASAN Xidmət” mərkəzində vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

DİN-dən  verilən xəbərə görə, nüsabiqədə yaşı 20-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini bitirmiş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum edilməmiş (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən, Şuşa, Xocalı və Xankəndi rayonlarında yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan qadın vətəndaşlar iştirak edə bilərlər.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq, xarici dillərdən birini sərbəst bilən və kompüterlə işləmək qabiliyyətinə malik namizədlərə üstünlük veriləcəkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
30
azpost.info

10Mənbələr