AZ

Nyu Yorkda İpək Yolu Festivalı keçirilib

Nyu

Bakı, 1 iyul, AZƏRTAC

Nyu Yorkda “My Way” (“Mənim Yolum”) Yaradıcılıq İnkişafı Mərkəzi tərəfindən təşkil edilən İpək Yolu Festivalı (Silk Road Festival) keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan, Gürcüstan, Monqolustan, Rusiya, Ukrayna və digər ölkələrdən qatılan 175 iştirakçı öz ölkələrinin mədəniyyətini təqdim ediblər.

Tədbirdə çıxış edən “My Way” Yaradıcılıq İnkişafı Mərkəzinin rəhbəri Alyona Bədəlova festival iştirakçılarına uğurlar arzulayıb.

Peşəkar sənətçilərin və uşaqların qatıldığı festivalda Azərbaycanı Fərizə Dudarovanın rəhbərliyi ilə “Qafqaz Ritmləri" rəqs qrupu “Yallı” və “Tərəkəmə” rəqsləri ilə təmsil edib.

Tədbir çərçivəsində “My Way” Yaradıcılıq İnkişafı Mərkəzinin incəsənət məsələləri üzrə direktoru, istedadlı pedaqoq, heykəltəraş və rəssam Emin Quliyevin “İpək Yolu səyahəti” İncəsənət layihəsi təşkil edilib. Layihə çərçivəsində 4-24 yaş arası olan 276 uşaq və gənc arasında “Ən yaxşı rəsm” yarışı keçirilib.

Nyu Yorkda artıq 5-ci ildir ki, təşkil olunan festival İpək Yolu marşrutuna daxil olan ölkələrin mədəniyyətini nümayiş etdirir.

Festivalın iştirakçıları şəhər meriyası və yerli ictimai xadimlər tərəfindən mükafatlandırılıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
4
azertag.az

6Mənbələr