AZ

Dövlət qurumlarının əməkdaşları kamandan oxatma idman növündə yarışıblar

İyunun 29-da Gənclər və İdman Nazirliyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşkilatçılığı ilə 14 dövlət qurumunu təmsil edən 34 əməkdaş (18 kişi və 16 qadın) arasında kamandan oxatma yarışı keçirilib.

KONKRET.az xəbər verir ki, kişilər arasında keçirilən yarışda Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Hikmət Əhmədov qalib olub. Elnur Məmmədov (Gənclər və İdman Nazirliyi) ikinci, Rafiq Mahmudov (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) isə üçüncü yerə layiq görülüblər.

Qadınlar arasında birinciliyi Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Əzizə Lalayeva qazanıb. Mədinə Mahmudova (Medianın İnkişafı Agentliyi) ikinci, Ülviyyə Hacıyeva isə (Gənclər və İdman Nazirliyi) üçüncü yerdə qərarlaşıblar.

Seçilən
89
2
konkret.az

3Mənbələr