AZ

Futbol agenti Ronalduya görə Martinesi qınadı: "O, hər kəsə deyir ki..."

Futbol agenti Paulo Barbosa Kristianu Ronaldunun AÇ-2024-dəki çıxışını dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, "Sport-Exspress" Barbozanın Almaniyadakı turnirdə hələ qol vurmayan forvardla bağlı dediklərini belə çatdırıb:

“Baş məşqçi Roberto Martines başqa oyunçular yetişdirməlidir. Fikrimcə, məşqçi aydın görməli idi: Ronaldu artıq əvvəlki qədər xeyir verə bilməz.

Martines vəziyyətin girovudur. Düşünürəm ki, o, Ronaldu ilə münaqişə istəmir. Buna görə də məşqçi hər kəsə açıq şəkildə bildirir ki, Kriştianu oynamalıdır! Məncə bu, səhvdir. Bu, çox pisdir!"

Qeyd edək ki, Portuqaliya bu gün 1/8 finalda Sloveniya ilə birlikdə olacaq. Martinesin komandası son oyununda Gürcüstana uduzub (0:2). 

Mirağa
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
fanat.az

1Mənbələr