AZ

Təqdimata hazırlaşan CMF Phone 1-in hansı növ ekranı və hansı prosessoru əldə edəcəyi açıqlanıb

     Nothing şirkətinin CMF adlı subbrendi 8 iyul tarixində ilk smartfonu olacaq CMF Phone 1-i təqdim edəcək. Təqdimat günü yaxınlaşdıqca subbrend sözügedən smartfon barəsində daha çox məlumatı təqdim edir. Bu dəfə CMF Phone 1-in hansı növ ekran ilə hansı həcmdə RAM yaddaşını əldə edəcəyi və hansı prosessor vasitəsilə çalışacağı məlum olub. Subbrend tərəfindən təqdim edilmiş iki ədəd posterdən birində əks olunmuş məlumata əsasən CMF Phone 1 smartfonu Super AMOLED ekranla təchiz olunacaq.     Çox güman ki, ekran 120 Hz-lik təsvir yenilənməsi dəstəyinə sahib olacaq. İkinci posterdə isə qeyd edilib ki, smartfon MediaTek Dimensity 7300 5G prosessoru vasitəsilə çalışacaq və 8 GB RAM-ı əldə edəcək. Bununla yanaşı smartfon virtual RAM özəlliyinə də sahib olacaq. Bunun sayəsində RAM yaddaşını əlavə olaraq 8 GB genişləndirmək mümkün olacaq. Daha öncəki məlumat sızıntılarına əsasən CMF Phone 1 özündə 50 MP-lik əsas arxa kamera ilə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək və qutudan Android 14-ü əldə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
technote.az

1Mənbələr