AZ

Təqdimata hazırlaşan Red Magic 9S Pro gaming smartfonunun dizaynı sərgilənib

     Nubia şirkəti təqdimata 2 gün qalmış Red Magic 9S Pro adlı yeni gaming smartfonunun xarici görünüşünü sərgiləyib. Təqdim edilmiş fotolardan da görmək olar ki, bu yeni smartfon xarici görünüşcə Red Magic 9 Pro-dan cüzi fərqlənəcək. Smartfonun iki versiyasının arxa paneli ana plata ilə ventilyasiya hissəsində şəffaf olacaq. Qeyd etmək lazımdır ki, keçən həftə Red Magic 9S Pro smartfonu AnTuTu bençmarkında yeni rekorda imza atdı.   Bu smartfon 165 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı əldə edəcək və Snapdragon 8 Gen 3 prosessorunun sürətləndirilmiş versiyası vasitəsilə çalışacaq. Üstəlik smartfon özündə 6000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Məlumata əsasən Red Magic 9S Pro bazara 4 gövdə rəngində satışa çıxacaq. Dark Knight, Day Warrior, Deuterium Front Transparent Dark Night və Deuterium Front Transparent Silver Wing. Smartfonun təqdimatı 3 iyul tarixində baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
technote.az

1Mənbələr