AZ

Qərb Ermənistana təzyiq göstərməlidir!

Qərb Qafqazda sülhü təşviq etmək istəyirsə, Ermənistana təzyiq göstərməlidir.

 

Modern.az xəbər verir ki, bu fikri İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar dünyanın ən nüfuzlu nəşrlərindən olan “Jerusalem Post”da dərc olunmuş “Qərbin təzyiqləri ölkələri Moskva ilə əlaqələri kəsməyə sövq edir” sərlövhəli məqaləsində yazıb.

 

“Qərb Qafqazda sülhü təşviq etməkdə davam etmək istəyirsə, o, həm də Ermənistana təzyiq göstərməlidir ki, sonuncu Moskva və Tehranla münasibətləri yenidən nəzərdən keçirsin. Əgər Ermənistan Azərbaycanla barışarsa, blokadada olan və dənizə çıxışı olmayan ölkə kimi ehtiyaclarını ödəmək üçün daha İrana arxalanmağa ehtiyac qalmayacaq. Habelə Ermənistanın Rusiyadan uzaqlaşması iki Qafqaz ölkəsi arasında sülhün bərqərar olması ehtimalını artıran amildir, belə ki Qafqazda təsirini qorumağa çalışan ruslar münaqişənin davam etdirilməsində maraqlı olublar. Amma Azərbaycanın bütün Qarabağı azad etməsi və indi Ermənistanın sülhə doğru istiqamətlənməsi ilə yaranan yeni reallıq Moskvanın Qafqazdakı təsirini zəiflədir ki, bu da Qərbin maraqlarına cavab verir”, - deyə məqalədə bildirilib.

 

İsrailli professor, həmçinin diqqətə çatdırıb ki, İran da Qafqazda sülhün lehinə olmadığından Qərb Ermənistanı Rusiya nümunəsində olduğu kimi Tehran rejimindən əl çəkməyə sövq etməklə regionda sülhün bərqərar olmasına əhəmiyyətli töhfə verə bilər. Beləliklə, kənar təsirlərdən azad bir bölgədə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması gerçəkləşər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
2
modern.az

7Mənbələr