AZ

“Barselona” İngiltərədən hücumçu alır

“Hall Siti”nin hücumçusu Ceyden Filoqen İspaniyaya köçə bilər. Matc.az xəbər verir ki, 22 yaşlı ön xətt oyunçudu “Barselona”nın maraq dairəsindədi. Kataloniya klubu ingiltərəli futbolçunu icarəyə götürmək üçün rəsmi təklif göndərib. “Barsa” müqaviləyə 2025-ci ildə müəyyən şərtlərlə təxminən 20-23 milyon avro qarşılığında birdəfəlik transfer etmək öhdəliyini də saldırıb. “Hall Siti”nin bu təklifi qəbul etməsi gözlənilir. Qeyd edək ki, Ceyden Filoqen “Hall Siti”yə ötən il “Aston Villa”dan keçib.

Seçilən
22
matc.az

1Mənbələr