AZ

Rahil Məmmədov Polşa klubunun yay toplanışına qatılmadı

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun şərəfini qoruduğu LKS klubu bu gün təlim-məşq toplanışına başlayıb.

Prosport.Az xəbər verir ki, 29 yaşlı müdafiəçi hazırlıq prosesinə start verən heyətdə yer almayıb.

Buna onun Polşa klubundakı taleyinin qeyri-müəyyən qalması səbəb olub. Məmmədovun Lodz təmsilçisində qalıb-qaımayacağı hələ dəqiqləşməyib. Rahilin karyerasını harada davam etdirəcəyi yaxın günlərdə müəyyənləşməlidir.

Qeyd edək ki, müdafiəçi 2024-cü ilin əvvəlində “Qarabağ”dan LKS klubuna keçib.

Seçilən
77
4
prosport.az

5Mənbələr