AZ

Mədəniyyət naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

Mədəniyyət naziri Adil Kərimli Gədəbəydə vətəndaşları qəbul edəcək.

Bu barədə "İki sahil"ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2024-cü il iyulun 12-də saat 10:00-da Gədəbəy rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 1) Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

"Vətəndaşlar 2024-cü il iyulun 8-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər",- deyə məlumatda qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
10
ikisahil.az

10Mənbələr