“Samsung”un maraqla gözlənilən ağıllı üzüyü “Galaxy Ring” bu ilin ikinci yarısında istifadəçilərlə görüşəcək.

İndex.az xəbər verir ki, təqdimatdan öncə “Galaxy Ring”in sağlamlıq izləmə xüsusiyyətləri ortaya çıxıb.

“Galaxy Ring” ürək döyüntüsü və stressi izləməklə yanaşı, dərinin temperaturunu ölçə və aylıq menstruasiya dövrlərini izləyə biləcək.

Bundan əlavə, üzük yuxu zamanı xoruldamanı aşkar edə biləcək.

Lakin bu funksiya üçün smartfon tələb olunur.

“Galaxy Ring” haqqında bildiklərimiz hələlik bunlarla məhdudlaşır.

Əvvəllər “Samsung” üzüyün bir dəfə doldurulması ilə doqquz günə qədər batareyanın ömrünü təmin edəcəyini açıqlamışdı.

Bununla belə, müxtəlif üzük ölçülərinə görə bu müddət fərqli ola bilər.

Nəhayət, “Galaxy Ring”in avqust ayında 300 ilə 350 dollar arasında qiymət etiketi ilə satışa çıxacağı gözlənilir.