Avropanın ən böyük iqtisadiyyatında inflyasiya 2 aylıq sürətlənmədən sonra iyun ayında yavaşlayıb.

İndex.az xəbər verir ki, Federal Statistika İdarəsinin (Destatis) məlumatlarına görə, ölkədə Aİ-yə uyğun inflyasiya may ayında 2,8%-dən illik bazda 2,5%-ə enib.

İqtisadçıların da gözləntisi bu idi.

Aylıq inflyasiya isə gözləntilərə uyğun olaraq 0,2% təşkil edib.

Enerji xərclərinin azalması iyun ayında da davam edib.

Cümə günü açıqlanan məlumatlar Fransa və İspaniyada da inflyasiyanın yavaşladığını göstərdi.