AZ

Aeroport işçilərinin narkotik payladığı aşkarlandı

Avstraliyanın Melburn Hava Limanı əməkdaşlarının qanunsuz narkotik vasitələrdən istifadə etdiyi və payladığı iddiaları yayılıb.

Publika.az xəbər verir ki, bu barədə Avstraliya Sərhəd Qüvvələrinin (ABF) rəsmi saytında qeyd olunub.

ABF bəyan edib ki, son 12 ayda 1300-dən çox kommersiya təyyarəsi yoxlanılıb, 500-ə yaxın aviaşirkət və işçilər müayinədən keçib. İstintaq çərçivəsində 70 əməkdaşın təhlükəsizlik pozuntularına yol verdiyi müəyyən edilib.

“Əməliyyat zamanı zabitlər narkotik vasitələrin qanunsuz istifadəsinə dair dəlillər, eləcə də ölkə daxilində qeyri-qanuni maddələr paylayan bir sıra aviaşirkətin ekipaj üzvlərini aşkar ediblər. Həmçinin onlar çamadanlarda qaçaqmalçılıq yolu ilə gətirilən siqaret və tütün məmulatları aşkar ediblər", - açıqlamada bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
publika.az

2Mənbələr