AZ

NATO Rusiyanı özünə təhlükə saymır?

NATO

“Kremlin davamlı olaraq nüvə eskalasiyasına eyham vurmasına baxmayaraq, NATO Rusiyanı özü üçün dərhal təhlükə kimi görmür”.

Reyting.az
xəbər verir ki, bunu Yaponiyanın “Yomiuri” qəzetinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Heç bir təhlükə yoxdur. Mən NATO-nun nüvə doktrinasına yenidən baxmasına ehtiyac görmürəm”, - o deyib.

Hazırda NATO nüvə silahının əsas daşıyıcısının – “F-16” qırıcılarından tutmuş “F-35”-ə qədər dəyişdirilməsi prosesini davam etdirir. Stoltenberqin sözlərinə görə, bu proses də “adi hal kimi” gedir.

Eyni zamanda, baş katib Qərblə Çin arasında münasibətlərdəki vəziyyəti də şərh edib. “NATO Çini düşmən hesab etmir, lakin bu, bizim dəyərlərimiz, maraqlarımız və təhlükəsizliyimiz üçün problem yaradır”, - deyən Stoltenberq Çinin “Tayvanı, qonşu ölkələri və Cənubi Çin dənizini təhdid etdiyini” sözlərinə əlavə edib.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
reyting.az

1Mənbələr