AZ

“Rusiya NATO üçün ciddi təhlükə deyil” – Yens Stoltenberq

“Kremlin nüvə eskalasiyasına dair davamlı eyhamlarına baxmayaraq, NATO Rusiyanı özü üçün ciddi təhlükə kimi görmür”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Yaponiyanın “Yomiuri” qəzetinə müsahibəsində NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Rusiyadan bizə heç bir təhlükə yoxdur. Ona görə də mən NATO-nun nüvə doktrinasına yenidən baxmasına ehtiyac görmürəm”, – o deyib.

NATO-nun baş katibi Qərblə Çin arasında münasibətlərdəki real vəziyyəti də şərh edib:

“NATO Çini düşmən hesab etmir, lakin bu, bizim dəyərlərimiz, maraqlarımız və təhlükəsizliyimiz üçün problem yaradır”, – deyən Stoltenberq Çinin Tayvanı, qonşu ölkələri və Cənubi Çin dənizini təhdid etdiyini əlavə edib.

Orxan

KONKRET.az

Seçilən
134
konkret.az

1Mənbələr