AZ

Ordubadın Tivi-Biləv kənd avtomobil yolunda yaranmış problem aradan qaldırılır

Naxçıvan, 1 iyul, AZƏRTAC

Naxçıvanda qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar olaraq keçilməz vəziyyətə düşmüş yolların təmizlənməsi işləri davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, son günlər intensiv yağan yağıntılar nəticəsində Ordubad rayonunun Tivi-Biləv kənd avtomobil yolunda su keçidlərini palçıq və lil tutub. Agentliyin işçi heyəti və lazımı avadanlıq əraziyə cəlb olunub, hazırda yollarda təmizlənmə işləri aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
azertag.az

2Mənbələr