AZ

Orxanla Bəxtiyarın klubsuz qalmasının səbəbi var

“Araz-Naxçıvan”dan ayrılan Orxan Əliyev hələ də özünə yeni klub tapa bilmir. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, futbolçunun klubsuz qalmasının əsas səbəbi yüksək məbləğdə maaş istəməsidir.

Belə ki, Orxan Əliyev təklif aldığı klublardan 9 min manat aylıq maaş istəyib. Təklif göndərən “Şamaxı” və “Turan Tovuz” kimi klublar isə bununla razılaşmayıb.

Ötən mövsümü “Araz-Naxçıvan”da keçirən Əliyev komandasın əsas oyunçularından biri idi. O, saytımıza açıqlamasında “Şamaxı” ilə danışıqlar apardığını, amma razılaşa bilmədiklərini deyib: “Hələ ki, heç kimlə müqavilə bağlamamışıq. “Şamaxı” ilə danışdıq. Bir az vaxt istədim, həm də razılaşa bilmədik”.

Azərbaycan yığmasının üzvü olan Bəxtiyar Həsənalızadə də eyni vəziyyətə görə hələ də klubsuzdur. Ötən mövsüm Türkiyə PTT liqa təmsilçisi “Tuzlaspor”da keçirən müdafiəçi təklif gələn klublardan aylıq 10 min manat maaş istəyib. Onun bu istəyi isə müdafiəçini heyətində görmək istəyən klubların istəyindən əl çəkməsinə səbəb olub.

Üstəlik, Həsənalızadə “Tuzlaspor”la problemlərini hələ də yoluna qoya bilmir. Sənədlərlə bağlı problemlə üzləşən təcrübəli oyunçu bu səbəbdən də gözləyir. “Araz-Naxçıvan” Həsənalızadənin transferində israrlıdır. Lakin maddi məsələlər hələ də ortada çətinlik olaraq qalır.

blank
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
futbolinfo.az

1Mənbələr