AZ

Qabiliyyət imtahanları davam edir

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə bədən tərbiyəsi və idman istiqamətinin 6401-ci komissiyası üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında iyulun 6-da və 8-də xüsusi qabiliyyət imtahanı verəcək abituriyentlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər.



Bu barədə NUHÇIXAN-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, iyunun 27-dən etibarən Tovuz Olimpiya İdman Kompleksində başlanmış bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanları davam edir.
Qeyd edək ki, apellyasiya müraciətləri yalnız abituriyentin imtahan verdiyi gün qəbul olunur.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
nuhcixan.az

2Mənbələr