AZ

Tramp seçilsə bu yüksək vəzifəli məmurları istintaqa cəlb EDƏCƏK

Donald Tramp yenidən Prezident seçilsə, keçmiş FTB direktoru (2013-2017) Ceyms Komi, müdafiə naziri (2019-2020) Mark Esper və ABŞ-ın baş prokuroru (1991-1993, 2019-2020) Uilyam Barrı mütləq istintaq prosedurlarına məruz qoyacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Amerikanın "ABC News" telekanalı Trampın keçmiş baş siyasi strateqi Stiven Bannona istinadən məlumat yayıb.

 

İyunun 25-də FTB-nin keçmiş direktor müavini (2016-2018) Endryu Makkeyb bildirib ki, o, digər kəşfiyyat və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə təqib olunmamaq üçün Trampın yenidən seçilməsi zamanı ölkəni tərk etməyi artıq müzakirə edirlər.

 

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
modern.az

2Mənbələr