“Saudi Aramco” şirkəti “Jafurah” qaz layihəsinin inkişafı üçün 25 milyard dollar dəyərində tikinti müqavilələri imzalayıb.

İndex.az xəbər verir ki, neft nəhəngi emissiyaların azaldılması planlarının mühüm hissəsi hesab edilən yanacağın istehsalını artırmağa çalışır.

Açıqlamaya görə, imzalanmış müqavilələr arasında “Jafurah”da qaz hasilatının artırılması üçün 12,4 milyard dollar və ölkə üzrə müştəriləri təbii qazla təmin edən əsas qaz sisteminin genişləndirilməsi üçün 8,8 milyard dollar nəzərdə tutulub. “Aramco” həmçinin 2,4 milyard dollarlıq qaz qazma qurğusu tenderi keçirib.