Aktual.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib.
Nazirin sözlərinə görə, azyaşlı saxlanılan suriyalının qohumu olub, araşdırma başladılıb:
"Əraziyə toplaşan vətəndaşlar qanunsuz addımlar ataraq,insani dəyərlərə uyğun olmayan hərəkətlər nümayiş etdirərək suriyalılara məxsus evlərə, müəssisələrə və avtomobillərə ziyan vurublar. Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində bu əməllərə görə 67 nəfər saxlanılıb”.
Qeyd edək ki, Türkiyənin Kayseri şəhərində suriyalı kişi 6 yaşında qıza təcavüz edib.