Dünyanın ən qiymətli geyim markası kimi tanınan “Nike”ın səhmləri kəskin şəkildə ucuzlaşıb və bir gecədə 27 milyard dollardan çox dəyər itirib.

İndex.az xəbər verir ki, “Nike”ın səhmləri iyunun 28-də bazarın açılışının ilk saatlarında 19%-dən çox dəyər itirib.

Bu azalma ilə şirkətin bazar dəyəri 142,17 milyard dollardan 114,91 milyard dollara düşüb. Sözügedən azalma şirkətin tarixindəki ən əhəmiyyətli enişlərdən biri hesab olunur.

“Nike”ın 2025-ci il üçün yenidən işlənmiş satış proqnozları, enişi tətikləyən ən görünən səbəb kimi önə çıxır. Çünki şirkət 2025-ci ilin ilk rübündə yüzdə 10 azalma gözlədiyini açıqlamışdı.

İdman nəhəngi 2024-cü maliyyə ilinin dördüncü rübündə “Wall Street” proqnozlarından geri qalaraq, 2 faizlik gəlir azalması yaşadı. Buna baxmayaraq, onun səhm üzrə qazancı analitiklərin gözləntilərini üstələyib. Bununla belə, şirkətin birbaşa istehlakçıya satışları bir il əvvəlki rüblə müqayisədə 8% azalıb.