AZ

Yol kənarında parklanan avtomobili traktorla əzdilər – VİDEO

Türkiyənin Kayseri şəhərində Suriya vətəndaşının 7 yaşlı qıza təcavüz etməsi videosu ölkədə gündəm olub.
Avtosfer.az xəbər verir ki, Kayseri şəhərinin Melikgazi rayonunda Suriya əsilli 26 yaşlı şəxsin 7 yaşlı əmisi qızına təcavüzü şəhər əhalisinin qəzəbinə səbəb olub. Gecə saatlarında şəhərin küçələrinə axın edən sakinlər suriyalılara məxsus obyekt və evləri, həmçinin yol kənarında parklanan nəqliyyat vasitələrini yandırıblar.
Rayonun Danişmentgazi ərazisində suriyalıya məxsus avtomobil traktorla əzildikdən sonra ərazidən uzaqlaşdırılıb.

 

Görüntülərdə başqa bir suriyalıya aid yük avtomobilinin də yandırıldığı görünür. Digər görüntüdə isə yenə suriyalılara məxsus motosiklet alovların içinə atılır.
Şəhərdə yaranan vəziyyətlə bağlı hüquq mühafizə orqanları təcili əməliyyatlar keçirib. Azyaşlı dövlətin  himayəsinə alınıb. Şəhərdəki dağıntıları törədən 67 nəfər polis tərəfindən həbs edilib.

Səfər Əlizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
avtosfer.az

1Mənbələr