AZ

AVRO-2024: Ronaldo əvvəlki qədər xeyir vermir

Portuqaliyalı tanınmış futbol meneceri Paulo Barbosa millinin kapitanı Kriştiano Ronaldonu tənqid edib. Matc.az xəbər verir ki, agentin fikrincə, 39 yaşlı superulduz artıq əvvəlki səviyyəsindən uzaqdı. Barbosa hesab edir ki, Qonçalo Ramos milliyə daha çox xeyir verər: “Ümid edirəm ki, Gürcüstanla görüşün nəticəsi baş məşqçi üçün həyəcan siqnalı olacaq. İdman prinsipini rəhbər tutmaq lazımdı. Hazırda daha güclü olanları meydana buraxın. Kriştiano Ronaldo niyə Gürcüstanla görüşdə iştirak etdi? Rekord qırmaq üçün. Hücumda onun yerinə Qonçalo Ramos oynamalıdı. Çünki Ronaldo artıq əvvəlki qədər xeyir vermir. Ancaq Martines onunla mübahisəyə girişməmək üçün yenə start heyətində Ronaldonu oynadacaq. Məncə, bu, çox yanlış addımdı”. Qeyd edək ki, Portuqaliya yığması AVRO-2024-ün 1/8 final mərhələsində bu gün Sloveniya ilə qarşılaşacaq.

Seçilən
34
matc.az

1Mənbələr