Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi yazılı açıqlamada, Yakutiyada 331 min hektar sahədə 107 yanğınla mübarizənin davam etdiyi bildirilib.

İndex.az xəbər verir ki, açıqlamada yanğınlara ümumilikdə 1500 nəfərin və 100 avtomobilin müdaxilə etdiyi, bölgədə fövqəladə vəziyyət elan edilməsinə də qərar verildiyi bildirilib.

Dünya meşələrinin təxminən 20%-nə ev sahibliyi edən Rusiya hər il yanğınlarla mübarizə aparmalı olur.