AZ

Astanada hava limanları və dəmiryolu stansiyaları gücləndirilmiş iş rejiminə keçib

Astanada

Astana, 1 iyul, AZƏRTAC

İyulun 3-4-də Astanada təşkil olunacaq Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti zamanı paytaxtın hava limanları və dəmiryolu vağzallarında gücləndirilmiş və fasiləsiz iş rejimi təmin olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxstan Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Müntəzəm reyslər planlaşdırıldığı kimi həyata keçiriləcək. Sammit dövrü üçün əlavə əməliyyat və dispetçer heyəti cəlb edilib. Ehtiyat olaraq, 100-dən çox şəxs işə cəlb edilib. Paytaxt administrasiyasının nümayəndələri ilə yanaşı, xarici dil bilən könüllülər də işə dəvət olunur," - deyə nazirlik bildirib.

Qeyd edək ki, sammitin keçirilməsi ilə əlaqədar, Astana ətrafında blok-postlar qurulub, strateji obyektlər mühafizəyə alınıb və polis gücləndirilmiş iş rejiminə keçib.

Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Astanaya 16 ölkənin dövlət və hökumət başçılarının səfəri gözlənilir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
2
azertag.az

3Mənbələr