AZ

Sabah Ermənistan-Türkiyə sərhədində görüş olacaq - KİV - Yenilənib

Ermənistan və Türkiyə nümayəndələri iyulun 2-də görüş keçirəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı diplomatik mənbəyə istinadən “NEWS.am” yayıb. 

Məlumata əsasən, görüş Ermənistan-Türkiyə sərhədində, böyük ehtimalla “Marqara” nəzarət-buraxılış məntəqəsində baş tutacaq.

***

Ermənistan Xarici İşlər Nazirliyi iki ölkə sərhədində görüşün keçirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat katibi Ani Badalyanın sözlərinə görə, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin görüşünün vaxtı razılaşdırıldıqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
qafqazinfo.az

1Mənbələr