AZ

Pezeşkianı təbliğ edən kanal bağlandı

Prezidentliyə namizəd Məsud Pezeşkianı təbliğ edən və onun çıxışlarını yayan İranın məşhur “İslahat nyus” sosial media kanalı bağlanıb.

Axar.az xəbər verir ki, bu barədə kanalın məsulu Əli Əhmədniya məlumat yayıb.

O bildirib ki, rəhbəri olduğu kanal xəbərdarlıq edilmədən və heç bir səbəb göstərilmədən bağlanılıb:

“Bununla bağlı məhkəməyə müraciət etmişəm. Ancaq hələlik heç bir cavab ala bilmirəm. Ölkənin büdcəsindən maliyyələşən bəzi qurumlar seçki zamanı nəzərdə tutduqları namizədi prezident etmək üçün hər yola əl atırlar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
2
axar.az

3Mənbələr