AZ

“Bu iki komanda “Qarabağ”a başağrısı yaradacaq” - PROQNOZ VERDİ

“Bu dəfə çox yaxşı çempionat olacaq. Gedişat onu göstərir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Premyer Liqanın növbəti mövsümü haqda danışan Vaqif Cavadov deyib.

Hazırda “Sumqayıt”ın əvəzedici heyətinin baş məşqçisi olan Azərbaycan millisinin sabiq üzvü “Qarabağ”ın çempionluğu rahat şəkildə bayram edə bilməyəcəyini düşünür.

Buna səbəb kimi komandaların heyətini gücləndirməsi və “Neftçi”də baş verən dəyişiklikləri görür:

“Ötən mövsüm proqnozlar özünü doğrultmadı. Əksəriyyət “Sabah”ın son turlara qədər “Qarabağ”la mübarizə aparacağını düşünürdü, lakin fərqli mənzərə yaşandı.

Çempionata maraq ilədn-ilə artır. Fikrimcə, “Sabah”la “Neftçi” bu dəfə “Qarabağ”a daha çox baş ağrısı yaradacaq. “

Zirə”ni də unutmamalıyıq. “Turan Tovuz” heyətini gücləndirməyi bacarsa, Kurban Berdıyev kimi böyük sima çempionata rəng qata bilər.

Ağdamlıların sona 9 tur qalmış çempion olacağını təsəvvür etmirəm. Maraqlı və gərgin Premyer Liqa izləyəcəyik”.

HƏBİB

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
sportinfo.az

2Mənbələr