AZ

De Bruyne gələcəyindən danışdı: Yaxın vaxtlarda...

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, hazırda Avro-2024-də çıxış edən Belçika millisinin düşərgəsində olan futbolçu bu sözləri deyib:

“Mən sakit yay keçirəcəyəm. Avropa çempionatından sonra tətilimdən həzz alacağam. Sonra "Mançester Siti"yə qayıdacağam. Klubla danışıqlar yaxın aylarda aparıla bilər”.

Qeyd edək ki, 33 yaşlı belçikalının "Siti" ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Səudiyyə Ərəbistanı klubları onun xidmətində maraqlıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
publika.az

2Mənbələr