![Qabiliyyət](https://azertag.az/files/2024/2/1200x630/17198374902102421798_1200x630.png)
Bakı, 1 iyul, AZƏRTAC
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə bədən tərbiyəsi və idman istiqamətinin 6401-ci komissiyası üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında iyulun 6-da və 8-də xüsusi qabiliyyət imtahanı verəcək abituriyentlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, iyunun 27-dən etibarən Tovuz Olimpiya İdman Kompleksində başlanmış bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanları davam edir.
Qeyd edək ki, apellyasiya müraciətləri yalnız abituriyentin imtahan verdiyi gün qəbul olunur.