AZ

Tovuzda döyülərək xəstəxanaya yeləşdirilən 66 yaşlı kişi vəfat etdi

3 gün bundan əvvəl döyülərək xastəxanaya yeləşdirilən Tovuz sakini dünyasını dəyişib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə iyunun 28-də rayonun Yuxarı Öysüzlü kəndi ərazisində baş verib. 

1958-ci il təvəllüdlü Novruz Hacıyev heyvanları örüşdən qaytararkən qəbiristanlıq yaxınlığında həmkəndlisi ilə aralarında mübahisə yaranıb.

Narazılıq əlbəyaxa davaya qədər uzanıb və nəticədə 66 yaşlı kişi müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 
Həkimlərin səyinə baxmayaraq N.Hacıyev aldığı xəsarətlərdən bu gün vəfat edib. Faktla bağlı araşdlrma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
bizim.media

1Mənbələr