AZ

Umud Mirzəyev: “Dünya liderlərinin insanların taleyi ilə oynamaq haqqı yoxdur”

ABŞ Prezidenti Co Bayden bəşəriyyətin Üçüncü Dünya Müharibəsinə yaxın olduğunu açıqladı. Təkcə ABŞ yox, bir çox Avropa lideri də bu düşüncədədir. Hətta Türkiyə Müdafiə Nazirliyi ölkənin belə bir qlobal savaşa hazır olduğunu bəyan etdi. İddialara nə dərəcədə inanmaq olar? Böyük savaş hansı bölgə və ya gərginlik ətrafında başlaya bilər? Cənubi Qafqaz belə bir savaşda hansı mövqedə ola bilər? 

Mövzu ilə bağlı Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Ednews-a açıqlamasında bildirdi ki, son vaxtlar dünyanın super güclərinin liderlərindən bu cür açıqlamalara tez-tez rast gəlmək olur.

Fond rəhbərinin sözlərinə görə, dünyanın gələcəyi üçün ən böyük məsuliyyət onların üzərinə düşür:

“BMT Təhlükəsizlik Şurasında olan dövlətlər, onların rəhbərləri, eləcə də digər aparıcı dövlət rəhbərlərinin bu cür mesaj verməkləri məsuliyyətsizlikdir. Bu cür mesaj verən liderləri qınaq obyektinə çevirməlidirlər. Dünya mediasında, tv-lərdə belə açıqlamaların tirajlanması, yayılması bəşəriyyəti narahat edir. İnsanlar arasında xaos, gərginlik, təşviş yaratmaq missiyası daşıyır. Söhbət lokal problemlərdən getmir, dünyanın taleyindən gedir. Bu liderlər minlərin, milyonların seçimi ilə yuxarı məqama gəliblər. Heç bir dünya liderinin insanların taleyi ilə oynamaq haqqı yoxdur. İstər avropanın aparıcı dövlət rəhbərləri, istərsə də Co Baydenin açıqlamaları qəbuledilməzdir”.

U.Mirzəyev hesab edir ki, dünyanı savaşla yox, barışla, sülhlə, dövlətlər arasında daimi diplomatik münasibətlərlə, əlaqələrlə istiqamətləndirmək mümkün olar:

“Dünyanın sülh içində olmasını istəməyən qüvvələr var və onlar hər zaman şərə xidmət edirlər. Cənubi Qafqazda də barışı istəməyən eyni qüvvələrdir. Real mənzərə budur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
ednews.net

1Mənbələr