AZ

New York Times-dan Baydenə zəng: Yarışdan çıxın

Amerikanın “The New York Times” qəzeti Co Baydeni noyabrın 5-də keçiriləcək prezident seçkiləri öncəsi yarışdan geri çəkilməyə çağırıb.

Tribunainfo.az Euronews-a istinadən xəbər verir ki, ABŞ prezidenti Co Baydenin rəqibi Donald Trampla birlikdə iştirak etdiyi CNN-də canlı yayımın ardınca The New York Times bu gün dərc olunan “Prezident Bayden, ölkənizə xidmət etmək üçün yarışdan çəkilin” başlıqlı məqalə ilə zəng edib.

81 yaşlı Baydenin növbəti dörd il ərzində yenidən prezident olmaq iddiası “Amerikalıların Baydenin öz gözləri ilə gördükləri yaşını və zəifliyini görməməzliyə vuracaqlarına və ya etinasızlıq göstərəcəklərinə ümid etmək üçün böyük bir qumar oyunu” kimi şərh edilib.

ABŞ-ın üzləşdiyi siyasi və iqtisadi risklərə toxunan mətndə Demokratlar Partiyasının Donald Trampa qarşı daha güclü namizədə ehtiyacı olduğu bildirilib.

Namizədlikdən geri çəkilmə qərarının Baydenin şəxsi və siyasi instinktlərinə zidd olacağı vurğulansa da, prezidentin debatdakı çıxışının “pis bir gecə” kimi qiymətləndirilə bilməyəcəyi bildirilib.

Anketlərdə öndə olan Donald Trampa qalib gəlməyin yeganə yolunun “xalqla barışmaqdan ibarət olduğu və uzun müddət ölkəsinə nəcibcəsinə xidmət etmiş Baydenin namizədlikdən geri çəkilmə qərarının belə olacağı vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
tribunainfo.az

1Mənbələr