AZ

Bakı ilə İrəvan arasında razılaşdırma prosesinin tezliklə başa çatdırılması planlaşdırılır - Şahin Mustafayevin xidməti

Bakı. Trend:

Danışıqlar konstruktiv məcrada davam edir. Razılaşdırmaprosesinin tezliklə başa çatdırılması planlaşdırılır.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Respublikası Baş nazirinin müavini ŞahinMustafayevin xidməti məlumat yayıb.

Qeyd edilib ki, 2024-cü il iyulun 1-nə olan vəziyyətə görə,komissiyalar işçi qaydada Əsasnamənin layihələrinin mübadiləsinihəyata keçirib və bir sıra müzakirələr aparıblar.

Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 kmuzunluğunda sərhəd xətti müəyyən edilib və bununla AzərbaycanRespublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, AşağıƏskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2)Azərbaycana qaytarılması təmin edilib.

Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun BağanısAyrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərininəraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindənnəzarətə götürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
4
az.trend.az

4Mənbələr