AZ

Putini öldürməyə çağırış edən jurnalistə cinayət işi açılıdı

Ukraynalı jurnalist Dmitri Qordona qarşı Rusiya prezidenti Vladimir Putinə qarşı sui-qəsd çağırışlarına görə cinayət işi başlanıb.

KONKRET.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə qiyabi məhkəmə prosesi keçirilib.

“Rusiya Federasiyasının hazırkı prezidentinə nifrət bəsləyən Qordon Putinin devrilməsinə və fiziki cəhətdən məhv edilməsinə çağırışlar edib. Ruslara və belaruslara ünvanlanan videoda Rusiyada vətəndaş müharibəsinə başlamaq və Belarus prezidenti Aleksandr Lukaşenkonun öldürülməsi çağırışları da yer alıb” – məhkəmədən bildirilib.

Xatırladaq ki, 2022-ci ilin iyul ayından Qordon Rusiya tərəfindən beynəlxalq axtarışa verilib və haqqında qiyabi həbs qərarı çıxarılıb. O, terrorçuluq fəaliyyətinə açıq çağırışlar, Rusiya Silahlı Qüvvələri barədə yalan məlumatların yayılması, nifrət və aqressiv müharibə çağırışları maddələri ilə ittiham olunub.

Orxan

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
konkret.az

1Mənbələr