AZ

Yanacağın qiymətinin dəyişməsi iqtisadiyyata necə təsir edəcək? – Sabiq maliyyə nazirindən açıqlama

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Heydər Əliyev adına neft emalı zavodunda aparılan yenidənqurma və modernizasiya işlərinin nəticəsində yerli bazarın benzinə olan təlabatı Avro-5 standartlarına uyğun təmin ediləcək”.

Bu fikirləri Banco.az-a iqtisad elmləri doktoru,keçmiş maliyyə naziri Fikrət Yusifov deyib. 

Mütəxəssis hesab edir ki,  qərardan sonra keyfiyyətli benzindən istifadə edən avtomobillər havaya daha az zəhərli qaz buraxacaq, avtomobillərin istismarı zamanı yaranan nasazlıqlar aradan qalxacaq və bütövlükdə yanacaq sərfi aşağı düşəcəkdir:

“Atılan bu addım COP29-a ev sahibliyi edəcək ölkəmizin müəyyən etdiyi kursa tam uyğundur.

Dizel yanacağı ekologiyanı daha çox korladığından, onun qiyməti ilə benzinin qiyməti arasındakı fərqin azaldılması məntiqi bir addım hesab edilir. Bu yanacaq növünün qiymətinin benzinin qiymətinə yaxınlaşdırılmasını şərtləndirən daha bir  səbəb ekologiyanı daha çox çirkləndirən ç yanacağı ilə işləyən avtomobillərin ölkəmizə idxalında müşahidə edilən artımdır.
Dünyanın inkişaf etmiş bəzi ölkələrində dizel yanacağının qiyməti benzinin qiymətindən yüksəkdir. Bu seçimin məqsədi də həmin yanacaq növündən istifadənin həcmini minimuma endirməkdir”.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
banco.az

1Mənbələr