AZ

1 milyona yaxın vətəndaş prezidentin istefasını istəyir

Təxminən 840 min Cənubi Koreya vətəndaşı prezident Yun Sok Yolun impiçmenti tələbi ilə petisiya imzalayıb.

Yenisabah.az xəbər verir ki, bu sənədi onlayn imzalamaq istəyənlərin çoxu bir neçə saat növbə gözləməli olub.

Petisiya iyunun 20-də internet saytında dərc olunub. Cənubi Koreya qanunlarına görə, 1 ay ərzində 50 mindən çox səs toplayan istənilən petisiya parlament komitəsinə təqdim edilməlidir.

Müraciətdə bildirilir ki, Yun Sok Yol ölkədə üzləşdiyi böhranlara görə istefa verməlidir. Onların arasında Cənubi Koreya ilə KXDR arasında gərgin münasibətlər, pisləşən iqtisadi vəziyyət və korrupsiya var.

Parlamentdə çoxluğa sahib olan və prezidentin üzvü olmadığı Demokrat Partiyası hələlik sənədə baxılacağı tarixlə bağlı qərar verməyib.


Telegram kanalımız
Seçilən
78
yenisabah.az

1Mənbələr