AZ

"Real" Camal Musialanı almaq niyyətindədir

İspaniya çempionu və Çempionlar Liqasının kubokunun qalibi "Real Madrid" Münhen "Bavariya"sının və Almaniya millisinin 21 yaşlı yarımmüdafiəçisi Camal Musialanı almaq niyyətindədir.

"Operativ Media" xəbər verir ki, bu haqda "Fichajes" məlumat yayıb.

Kral klubu 2025-ci ilin yayında Musialanın transferinə təşəbbüs göstərəcək.

Onun transfer dəyəri 120 milyon avro qiymətləndirilir.

Son klub mövsümündə Musiala 38 matçda iştirak edib, 12 qol vurub, 8 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
operativmedia.az

1Mənbələr