AZ

Ukrayna Qərb ölkələrindən nə qədər yardım alıb?

Bu ilin birinci yarısında Qərb ölkələrindən Ukraynaya 13,8 milyard dollar maliyyə yardımı edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, bu ilin birinci yarısında Ukrayna büdcəsi üçün 20,2 milyard dollar vəsait istifadə olunub.

Nazirlik bildirib ki, Ukrayna Rusiya ilə müharibənin başladığı 2022-ci ilin fevralından bu yana Qərb ölkələrindən 85,4 milyard dollar dəstək alıb.

Qeyd edək ki, bu il ölkə büdcəsinin 43,5 milyard dollar kəsiri olacağı gözlənilir.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
iqtisadiyyat.az

1Mənbələr