AZ

"Robert Fiko tezliklə ictimaiyyət qarşısına çıxacaq" - Kalinak

"Slovakiyanın Baş naziri Robert Fiko tezliklə ictimaiyyət qarşısına çıxacaq və tədricən hökumət başçısının vəzifələrini icra etməyə başlayacaq".

 

Sfera.az xəbər verir ki, bunu Slovakiyanın müdafiə naziri Robert Kalinak deyib.

 

Müdafiə naziri bildirib ki, Baş nazir öz vəzifələrini tam şəkildə yerinə yetirə biləcəyi nöqtəyə yaxınlaşır. Kalinak əlavə edib ki, o, aldığı xəsarətlərin təsirini həmişə hiss edəcək.

 

Xatırladaq ki, Fikoya qarşı sui-qəsd mayın 15-də Slovakiyanın qərbindəki Qandlova şəhərində baş verib. 

 

Baş nazir bir neçə güllə yarası alıb və o vaxtdan bəri bir neçə əməliyyat keçirib. Hücum edən 71 yaşlı yazıçı Juraj Cintula həbs edilib. O, siyasi motivlərlə adam öldürməyə cəhddə ittiham olunur.

 

Qeyd edək ki, Fiko 2006-2010-cu illərdə və 2012-2018-ci illərdə Slovakiyanın Baş naziri olub. O, 2023-cü ilin oktyabrında yenidən hökumətin başçısı seçilib.

 

Firuzə Əliyeva
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
2
sfera.az

3Mənbələr