Nəhəng qəhvə zənciri “Starbucks” Nyu-Yorkda yerləşən marixuana şirkəti “Starbuds Flowers”ı məhkəməyə verib.

İndex.az xəbər verir ki, brend iddia edir ki, “Starbuds Flowers” “Starbucks”ın  loqosunu təqlid edir.

Qəhvə nəhəngi, “Starbuds Flowers”ın qəsdən onun markasını təqlid etdiyini və istehlakçılar arasında çaşqınlıq yaratdığını iddia edir.

Açdığı iddiada “Starbucks” tələb edir ki, “Starbuds Flowers” hazırkı loqodan istifadə etməyi dayandırsın, bu loqotipi daşıyan bütün məhsulları məhv etsin və belə istifadədən əldə edilən bütün gəlirləri təhvil versin. Qəhvə nəhənginin brend kimliyini qorumaq üçün atdığı addım korporativ dünyada brend hüquqlarının əhəmiyyətini bir daha gündəmə gətirib.