AZ

Myanmada daşqın səbəbindən 2 minə yaxın ailə təxliyə edilib

Myanmada

Bakı, 1 iyul, AZƏRTAC

Myanmanın şimalındakı Kaçin əyalətində leysan yağışlar nəticəsində çayın səviyyəsinin təhlükəli həddə çatması səbəbindən 2 minə yaxın ailə təxliyə edilib.

AZƏRTAC xəbər verir ki, Kaçin əyalət hökumətinin açıqlamasına görə, hadisə zamanı heç bir ölüm hadisəsi qeydə alınmayıb. Xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.

Daşqının təsirinə məruz qalan sakinlər bölgədəki 30 məktəb, kilsə və monastırdakı müvəqqəti sığınacaqlara köçürülüb. Yerli media, həmçinin mindən çox insanın köməksiz vəziyyətdə qaldığı barədə məlumat yayıb.

Növbəti günlərdə çayda su səviyyəsinin yenidən qalxacağı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
azertag.az

1Mənbələr