AZ

“Danışıqlar yaxın aylarda aparılacaq” - Gələcəyi ilə bağlı açıqlama verdi

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne gələcək planları haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu yayı səbirsizliklə gözlədiyini bildirib:

“Yayı səbirsizliklə gözləyirəm. AÇ-2024-dən sonra istirahət edib, “Mançester Siti”yə qayıdacam.

Güman edirəm ki, klubla danışıqlar yaxın aylarda aparılacaq”.

Bu yaxınlarda 33 yaşını qeyd edən belçikalı futbolçunun klubu ilə müqaviləsi qarşıdakı mövsümün sonunda başa çatır. Deyilənə görə, onunla Səudiyyə Ərəbistanı klubları maraqlanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
sportinfo.az

1Mənbələr